Mingəçevirdə oğul atasını döyərək öldürdü
Oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan Adalet.az-a bildirilib ki, araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Digər Xəbərlər
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43
Narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
17 Mart 2026 17:14


Bakı -°C

