"Minimum əməkhaqqı anlayışı beynəlxalq tələblərə uyğunlaşdırılıb" - Nazir müavini
"Layihə əmək münasibətlərinin yeni iqtisadi reallıqlarla ayaqlaşması, beynəlxalq əmək standartlarına uyğunlaşdırılması və praktikada üzə çıxan boşluqların aradan qaldırılması zərurətindən irəli gəlir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
Nazir müavini bildirib ki, minimum əməkhaqqı anlayışı da beynəlxalq tələblərə uyğunlaşdırılıb. Onun sözlərinə görə, bu məqsədlə “Yaşayış minimumu haqqında” qanuna müvafiq dəyişiklik edilib, Əmək Məcəlləsinin 155-ci maddəsində isə həmin qanuna istinad verilib:
"Bu redaksiyada yaşayış minimumu, əməkhaqqı dinamikası, sosial müavinətlər, məhsuldarlıq və məşğulluq göstəriciləri nəzərə alınacaq və bu da konvensiyanın prinsiplərinin tam tətbiq olunmasına səbəb olacaqdır. Digər dəyişiklik isə məzuniyyət hüququna aiddir. Belə ki, layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir. Məsələn, yeni dəyişikliyə görə, Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün verilməlidir. Bu dəyişiklik dövlətimizin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır".
Digər Xəbərlər
31 Yanvar 2026 11:09
“Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər”
31 Yanvar 2026 10:12
“Yaranmış yeni siyasi mənzərə onu göstərir ki...”
30 Yanvar 2026 19:16
Rəşad Nəbiyev BP rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO
30 Yanvar 2026 18:50
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi
30 Yanvar 2026 18:43
Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi
30 Yanvar 2026 18:34
"Rusiya -Ukrayna enerji obyektləri ilə bağlı razılaşma əldə etdi"
30 Yanvar 2026 18:13
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
30 Yanvar 2026 18:08


Bakı -°C

