22 Avqust 2024 17:34
243
ELM VƏ TƏHSİL

MİQ üzrə müsahibə mərhələsinin sonuncu günündə 161 nəfər iştirak edib

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinin sonuncu günündə - avqustun 22-də ingilis dili və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib.

Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Adalet.az-a bildirilib.

Məlumata görə, müsahibələrə 167 nəfər dəvət olunub. Onlardan 161 nəfəri müsahibə mərhələsində iştirak edib.