adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2022 13:31
341
GÜNDƏM

Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)

Real Təhlil və informasiya Mərkəzində- xüsusi buraxılışla efirdəyik. Son bir neçə gün ərzində elə hadisələr baş verdi ki, bazar gününü gözləyə bilmədik.

Hadisələrdən biri Ermənistanın Azərbaycanı-dövlət sərhədinin Laçın rayonu ərazisində cəlb etdiyi toqquşma idi ki, Ordumuz bu təxribatın qarşısını ən yüksək peşəkarlıqla aldı. Və sadəcə almadı, həm də nəticədə yeni yüksəkliklərə hərbi nəzarəti əldə etdi.

İkinci hadisə isə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı idi.

Əslində hər iki hadisəni birləşdirən bir ümumi cəhət var ki, o da beynəlxalq qanunların pozulmasıdır. Ardıcıllıqla şərh edək. Başlayaq ondan ki, avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bununla yanaşı separatçılar Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərdilər. Və Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə cavab verdi. Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Qisas əməliyyatında qeyri-qanuni silahlı birləşmələrin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Xeyli canlı qüvvə, bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu döyüş sursatı məhv edildi. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Biz Qisas əməliyyatında iştirak etmiş döyüşçülərimizlə elə Laçın rayonu ərazisində görüşdük. Döyüşün cərəyan etdiyi məkanda. Ovqatları yaxşı, döyüş ruhları yüksək idi. Açığı deyim ki, ilk dəfə idi döyüşdən sonra belə zarafatlaşan, olduqca arxayın, sanki hansısa stolüstü oyunu aparmış tərzdə sadə davranan uşaqlarla rastlaşırdım. Nəzərə alsaq ki, reportyor ömrümün böyük hissəsi Birinci və İkinci Ermənistan Azərbaycan müharibəsində keçib, deməli rastlaşdığım döyüşçülərin çox olduğu da anlaşılar.

Təəssüratlarım, hasil etdiyim qənaətlər barədə Bazar Günü daha ətraflı danışacam. Amma bir halda ki, Xüsusi Buraxılışımızın həsr edildiyi mövzu həm də Qisas əməliyyatıdı, deməli bu gün də bəzi mətləblərə toxunmalıyam. İlk növbədə onu deyim ki, Qisas əməliyyatı peşəkarların əl işi idi və burda ən xırda detala qədər hər şey hesablanmışdı. Ermənilərin beynəlxalq rəyi öz xeyrinə hazırlamaq istəyi dövlətin mahir informasiya siyasəti vasitəsilə iflasa uğradı. Onlar hər şeyi edirdilər ki, Azərbaycanın Ermənistanla yeni müharibəyə başladığına dünya inansın. Buna görə də geniş miqyasda təbliğat kampaniyasına başlamışdılar. Həm bütün siqmentlərdə tirajlayırdılar ki, Azərbaycan ordusu yüni döyüşlərə hazırlaşır. Həm də özləri yeni mövqelərə qalxmaq üçün ardıcıl addımlar atırdılar. Bu yerdə Ermənilərin işinə bəzi azərbaycan paylayıcılarının ya təcrübəsizlikdən, ya məsuliyyətsizlikdən yaydığı məlumatlar da yarayırdı. Kimsə təkər daşıyan maşınların kalonunu, kimsə tədris mövsümünə hazırlaşan hərbui qulluqçuların yerdəyişməsini əks etdirən mənzərəni çəkərək sosial şəbəkələrdə yayırdı. Hətta bəziləri tez bir zamanda yeni yaşayış məntəqələrinə daxil olacağımızla bağlı elanlar verirdi ki, bu tip xəbərlər erməni tərəfin arqumentlərinə əlavə güc qatırdı. Azərbaycan dövləti isə informasiya işini soyuqqanlı və riyazi məntiqə hesablayaraq qurdu. Qisas alındı. Cəmi bir brifinqlə bütün suallara cavab verildi. Bu həm də o demək idi ki, baxın informasiya siyasəti belə idarə olunur. Bütün tələsik tələblərə, ajiotaj yaratma cəhdlərinə, Müdafiə Naziriliyi niyə xəbər vermir? kimi əsassız səbirsizliklərə fikir vermədən dövlət öz səmərəli informasiya yönətimliyi ilə bir master klass göstərdi! Qısamüddətli, sürətli əməliyyat və maksimum nəticə! Onun mediaya təqdim edilməsi. Müzəffər Ali baş komandan İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, dəmir yumruq yerindədir! Yəni bizim, dövlətimizin, xalqımızın təhlükəsizliyimizə təhdid yaranacağı təqdirdə düşmənin başına enəcək. Elə də oldu. Sözümüz imzamızdır. Yumruq da imza kimi ələ məxsusdur! Bazar günü daha ətrrafı danışacıyıq. Mövzunu hələlik belə yekunlaşdıraq ki, dövlətin təhlükəsizliyinə olan istənilən təhdid yerindəcə məhv edilir və ediləcək. Elə bu kontekstdə də davam edək. Ezamiyyətdə olarkən ayağın altından yer qaçıran bir hadisə də baş verdi. Azərbaycanın londondakı səfirliyinin binasına təcavüz edildi.

Bu həyəcan dolu səsdə çox şey var idi. Dünyanın multikultural örnəyi, bütün dinlərin bir Yaradan ətrafında can deyib can eşitdiyi, sünni və şiələrin vəhdət namazı qıldığı ölkənin-Azərbaycanın Londondakı səfirliyinə özünü Mehdinin nökəri hesab edən güruh mahiyyət etibarilə terrorla eyniyyət təşkil edən hərəkətə əl atır. Bütün konfessiyaların eyni ehtiramla qəbul edildiyi, kilsəsində də, məscidində də, sinaqoqunda da eyni səmimiyyətlə dua və ibadət yapılan dövlət niyə birdən-birə hədəfə alınsın. Əvvəl bir şok sükunət yarandı. Elə anlaşıldı ki indi BMT fövqəladə bəyanat verəcək, hətta bəlkə də xüsusi iclas çağıracaq, Britaniya Dövləti məsələylə bağlı ən sərt mövqe nümayiş etdirəcək. Axı Bu ölkə Azərbaycanda hətta cinsi azlıqların aksiyasına həssas yanaşır, bizim polisin nəzakətli davranışında belə nəsə qabalıq görür. İlk baxışda hətta elə görünə bilərdi ki, London Bakıya aksiya ilə necə davranmağın yolunu göstərir. Yəni aksiyaya qarışmayın. Sadəcə seyr edin... Amma aksiya Londonda olsa da Azərbaycan ərazisində, səfirlidə baş verirdi axı. Terrora cəhdin ünvanı bizim səfirlik, deməli hədəf bizim ərazimiz, ərazi bütövlüyümüz idi... Təhqir edilərək yerə atılan da bizim bayrağımız idi.

Yəni London polisi məhz Azərbaycana basqına göz yumurdu. Çünki biz Britaniya polisinə bələdik axı. O ingiltərə kraliçası tək simvolik deyil. Yeri gələndə dəyənəyinin hər iki başı işləyir. Biz antiqlobalistlərin aksiyası ilə onun necə amansız davrandığını da görmüşük axı.

Nə əcəbsə bu aksiyada qətiyyətli Britaniya polisi gözə dəymirdi... Hətta gülürdü... Bu şəkildə olduğu kimi. Azərbaycana hücum edilib. Aqressizv kütlə binanın içində tarmarla, sındırıb dağıtmaqla, masalara şüarlar yazmaqla nə az nə çox 2 saatdan artıq məşğul olub. Azğınlaşmış nökərlər bu müddətdə səfirlik əməkdaşlarını qətlə yetirə, nümunəvi edamlar təşkil edə, baş da kəs bilərdilər. Amma London polisi əvvəldən sonadək izləmə mövqeyindədir. Sonda isə vandaliz sinədöymə ilə yekunlaşır. Polis yenə də seyr edir... Mənim şübhələndiyim məqamlar bilirsiz həm də nəynən bağlıdır: Bakıda keçirilən-dini motivə qarışdırılaraq əslində Azərbaycan dövlətinə qarşı yönəldilən aksiyaları məhz Britaniyanın Azərbayhcandakı səfirliyi müdafiə edir. Azərbaycan polisinin gözdən salınmasına yönələn böhtan və təhdid xarakterli bəyanatları yoxlamadan, dərhal qəbul edir və onu Bakıya qarşı alətə çevirir. Bax buna görə mən Londonun düz göbəyində polisin beş addımlığında baş vermiş hadisəni yerli asayiş keşikçilərinin etinasızlıqla seyr etməsinə təsadüf kimi baxmıram. BMT isə hələ ki dinmir. Sanki dilini pişik yeyuib. Baxmayaraq ki, belə hadisələr dünyada ən ciddi şəkildə pislıənir. Bütün beynəlxalq qurumlar belə faktları bir dövlətə qarşı təcavüz hesab edirlər.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə söhbətimizin bircə səbəbi var idi. Bu hadisəyə Regionun nüfuzlu din xadimi, bir neçə beynəlxalq təşkilatın rəhbərliyində təmsil olunan Şeyx necə yanaşır? Mehdinin nökərləri kimdi, nəçidi və onlar kimin əlinə aftava tuturlar. Şeyx həzrətləri İmam Hüseynin adı ilə vandallıq edənləri sərt şəkildə məhkum etdi. Əslində onun çıxışını həm də “Dayanın! Əl saxlayın!”, İslamı, Peyğəmbərin övladlarını gözdən salmayın! Çağırışı kimi də qiymətləndirmək olar!

Beləliklə həftə ərzində baş verən iki hadisə Azərbaycan Vətəndaşının dövlətə münasibətdə tutmaqlı olduğu mövqeyin nə qədər gərəkli və taleyüklü olduğunu qabartdı. Biz Ermənistanla sərhəddə olduğu kimi, sərhəddən kənarda da Azərbaycanımızı qorumalıyıq. Vətənimiz təkcə gözə görünmür, həm də gözə girir. Ona görə də özümüzə belə bir sual verək. Axırıncı dəfə dövlətimizlə nə vaxt selfi etmişik. İkimiz. Azərbaycan və mən. Bu sualın içində çox cavab var. Axtaraq. Salamat qalın.