Ramazanda niyə susuzluq və yorğunluq hiss edirik?
Ramazanda düzgün və sağlam qidalanma çox böyük əhəmiyyət daşıyır, çünki bu ayda orqanizm uzun müddət ac və susuz qalmağa uyğunlaşmalı olur və bu prosesin sağlam keçməsi birbaşa qəbul edilən qidaların keyfiyyətindən asılıdır.
Adalet.az xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, gün ərzində enerji mənbəyi almayan bədən iftar və sahur zamanı qəbul etdiyi qidalarla həm itirdiyi enerjini bərpa edir, həm də maddələr mübadiləsinin normal işləməsini təmin edir:
“Düzgün qidalanma halsızlıq, baş ağrısı, diqqət dağınıqlığı kimi halların qarşısını almağa kömək edir və insanın gün boyu özünü daha yaxşı hiss etməsini təmin edir. Əksinə, ağır, yağlı və nizamsız qidalanma mədə-bağırsaq problemlərinə, həddindən artıq susuzluğa və yorğunluğun artmasına səbəb ola bilər”.
Mütəxəssis-ekspert bildirib ki, sağlam qidalanma həmçinin qan şəkərinin tarazlıqda qalmasına kömək edir ki, bu da xüsusilə uzun oruc saatlarında çox önəmlidir:
“Liflə zəngin, vitamin və minerallar baxımından faydalı qidalar həzmi asanlaşdırır, toxluq hissini daha uzun müddət saxlayır və orucun daha rahat tutulmasına şərait yaradır. Bununla yanaşı, kifayət qədər və düzgün qidalanma immun sistemini gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır və ümumi sağlamlığın qorunmasına dəstək olur. Ramazan ayında düzgün qidalanma eyni zamanda iftar və sahur zamanı həddindən artıq yeməyin qarşısını alır, bədənin yüklənməsini azaldır. Bu müqəddəs ayı həm mənəvi, həm də fiziki baxımdan daha sağlam və balanslı şəkildə keçirməyə imkan yaradır”.
Digər Xəbərlər
06 Aprel 2026 18:32
6 uşağı zəhərlənən ailəyə sosial-psixoloji yardım göstəriləcək
06 Aprel 2026 17:21
Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama
05 Aprel 2026 10:36
Hər gün yaz göyərtisi yeyin
04 Aprel 2026 13:52
Yazda bir çox xəstəliklər yenidən oyanır...
04 Aprel 2026 09:04
Həkimlər deyir ki...
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51


Bakı -°C

