Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama
Hazırda ölkə ərazisində uşaq və böyüklər arasında suçiçəyi xəstəliyinin yayılması ilə bağlı xəbərlər yayılıb. Həkim və bəzi tibb ekspertləri əhali arasında xəstəliyin yenidən alovlandığını iddia edirlər.
Adalet.az xəbər verir ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə bildirilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və adətən payız-qış aylarında daha çox qeydə alınır.
Məlumata görə, hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılması halları müşahidə edilmir:
"Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır. Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə təmasdan çəkinmək, əlləri mütəmadi yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
29 Aprel 2026 17:39
İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO
28 Aprel 2026 15:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
28 Aprel 2026 10:44
Corabla yatmaq sağlamlığa zərər verə bilər - Həkimlərin MƏSLƏHƏTİ
27 Aprel 2026 14:55
Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma aşkarlanıb?
27 Aprel 2026 12:23
İşə qəbulda narkoloji rəy təqdim ediləcək
27 Aprel 2026 11:27
Pasiyentin öz sümüyü ilə yeni çənə quruldu - VİDEO
24 Aprel 2026 08:31
Xəstənin üzərində nalayiq hərəkətlər edən "həkim" yenidən əməliyyatlara girir - VİDEO
23 Aprel 2026 11:02


Bakı -°C

