Mirziyayev İlham Əliyevə zəng etdi
Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Şövkət Mirziyayev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.
Dövlət başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.
Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.
Digər Xəbərlər
05 Mart 2026 20:03
BƏƏ Prezidenti İlham Əliyevə zəng etdi
05 Mart 2026 19:33
Türkiyənin müdafiə naziri Zakir Həsənova zəng etdi
05 Mart 2026 19:23
Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ - YENİLƏNİB
05 Mart 2026 19:12
Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu - YENİLƏNİB
05 Mart 2026 19:02
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - VİDEOSU
05 Mart 2026 18:24
İsrailin xarici işlər naziri Ceyhun Bayramova zəng etdi
05 Mart 2026 18:04
"Azərbaycanın yanında olmağa davam edəcəyik" - Türkiyə XİN
05 Mart 2026 17:44


Bakı -°C

