Misli Premyer Liqası: “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edəcək
Bu gün futbol üzrə Misli Premyer Liqasında XIV tura start veriləcək.
Adalet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Turnir cədvəlinin autsayderi “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edəcək. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Gəncə klubu 7 xalla sonuncu – 10-cu, 30 xalı olan Naxçıvan təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.
Digər Xəbərlər
27 Noyabr 2026 17:40
"Beşiktaş" – "Hapoel" matçındakı hadisələrlə bağlı müfəttişlər təyin edildi
27 Noyabr 2026 15:44
FIFA-nın rəsmi saytına kiberhücum edildi
27 Noyabr 2026 00:18
Qalmaqallı matçda “Beşiktaş” İsrail klubuna qalib gəldi
26 Noyabr 2026 23:02


Bakı -°C

