MİT-dən Suriya-Livan sərhədində əməliyyat: Dükancı ələ keçdi

MİT 2013-cü ildə Reyhanlıda 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri olan Temir Dükancını Suriyadan Livana qaçmaq istəyərkən yaxalayıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, MİT terror hücumunda istifadə edilən partlayıcıların dəniz yolu ilə Türkiyəyə gətirilməsinə kömək edən və partlayıcıların daşınması üçün vasitələri təmin edən Dükancının Suriyada olduğunu təsdiqlənib.
Livana qaçmağa hazırlaşdığı anlaşılan Dükancının orada toplayacağı təşkilat üzvləri ilə Türkiyənin xaricdəki səfirliklərinə qarşı hücum təşkil etməyi planlaşdırdığı və bu məqsədlə saxta pasport axtarışında olduğu müəyyənləşib.
Adıçəkilən terrorçu MİT-in Suriya-Livan sərhədində keçirdiyi əməliyyat çərçivəsində yaxalanaraq Türkiyəyə gətirilib./axar.az
Digər Xəbərlər

Pentaqon 15 ildir İrana hücuma hazırlaşırmış

"Hizbullah"ın iki üzvü öldürüldü

"Buna görə ABŞ və İsrail məsuliyyət daşıyır" - Zaxarova

Netanyahu Trampa təşəkkür etdi

Türkiyə lideri: Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratmalıyıq

Pentaqon rəhbəri: İranın nüvə proqramı darmadağın edilib

Rusiya XİN yenə Bakıya təşəkkür etdi
