“TRT Haber” Azərbaycan Ordusuna həsr olunan reportaj yayımlayıb

Türkiyənin “TRT Haber” telekanalı Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə xüsusi reportaj hazırlayıb.
Adalet.az xəbər verir ki, reportajda Azərbaycan xalqının ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmindən bəhs edilir, 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazanılmış şanlı Qələbəyə diqqət çəkilir.
“Azərbaycan Silahlı Qüvvələri bu gün haqlı olaraq regionun ən güclü ordularından biri hesab olunur”, – deyə reportajda vurğulanır. Qeyd olunur ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və olacaq.
Telekanal izləyicilərini Azərbaycan Ordusunun formalaşma tarixi barədə də məlumatlandırıb.
Həmçinin vurğulanıb ki, Azərbaycan Ordusu cəmi 44 gündə tarixi torpaqlarını erməni işğalından azad edib. Bu savaşda Türkiyə istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə olunub.
Digər Xəbərlər

Azərbaycan Ordusunda xidmət edən qadınların sayı açıqlandı

Narkotikə “yox” deyək - DİN-dən sosial çarx

Bakıda hərbçilərin yürüşü keçirilir - VİDEO

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO

Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür

Ombudsman Almaniyanın Federal Müvəkkilini Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
