25 Iyun 2025 14:05
288
GÜNDƏM

"Azərbaycan ordusu qorxaqdır"  deyən polkovnik həbsdə: İstiot

Ermənilərin bir 2-ci Ordu Korpusunun Baş Qərargahının keçmiş komandir müavini, ehtiyatda olan polkovniki var, adı da Mihran Maxsudyan! Danışanda o qədər pafosdan istifadə edirdi ki, düşünürdüm ki, bu da öz genetikasından qidalanır deyə təxəyyül xəstəsidir, "böyük ermənistan" azarından əzab çəkən bədbəxt bir yaratıqdır.

Yəni, onun zabit olduğunu düşünməyə, elə o özü imkan vermirdi. Ötən ilin aprel ayında jurnalistin "Siz uzun illər Silahlı Qüvvələrdə xidmət etmisiniz, əsgərlərimiz Tavuşda Azərbaycana təhvil veriləcək kəndlər uğrunda döyüşməyə hazırdırmı? sualını belə cavablandırıb:" Əminəm ki, hərbi-siyasi rəhbərlik döyüşə getmək əmri verərsə, Silahlı Qüvvələr qarşıya qoyulan vəzifəni yerinə yetirməyə hazırdır.



Hesab edirəm ki, xalq da torpağımızı, dövlətçiliyimizi, müstəqilliyimizi qorumaq üçün Silahlı Qüvvələrin yanında olacaq. Əminəm ki, ordu üzərinə düşən vəzifəni yerinə yetirəcək. Voskepar (Əskipara) kəndi1992-ci ildə Ermənistan üçün bir qapı idi və qələbənin simvolu idi. Kənd bu müharibədə də qələbə simvoluna çevriləcək. Mən öz xalqıma, erməni millətimə arxayınam. Biz birləşməliyik, birləşmək bizə lazımdır, artıq vaxt yetişib".

Məhz elə polkovnikin bu açıqlamasından tam da 1 ay sonra Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.

Elə həmin vaxt başqa bir jurnalist "44 günlük müharibədə Azərbaycan ordusuna qarşı vuruşmusunuz, onların silahlı qüvvələrinin döyüş vəziyyətini və xarakterini necə xarakterizə edərdiniz? sualına bu dəfə polkovnik yenə də "polnu" pafos püskürdür. O deyib:" Azərbaycan ordusu qorxaqdır, bizim bir əsgərimiz onların 10 əsgərinə qarşı döyüşə bilər. Hazırda erməni ordusu 2020-ci ildə məğlub olduğu kimi deyil. Həmin müharibədə ordumuz bir neçə dövlətə qarşı döyüşüb. Azərbaycan milləti qorxaq idi, qorxaq olaraq qalır, məhz bu gün bizi qorxutmağa çalışırlar, amma biz qorxaq millət deyilik".

Bu açıqlamanı oxuyanda necə şaqqanaq çəkib gülmüşdümsə, ətrafımdakılar yerlərindən dik atılmışdılar. Bu polkovnik nə yeyir, nə içir anlaya bilmirəm də...

Elə bil döyüşsüz təslim olan erməni hərbçilərini İrəvana təyyarə, təyyarə daşıyan biz deyildik!Deməli, s"arsaxın keçmiş prezidenti, hazırda bizim "padvalımız"da çay içən Arayik Artyunyan müharibədən sonra FB -da yazırdı:" 44 günlük müharibə dövründə “Hadrutdan 1500 erməni hərbçisi bir neçə türk kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı.

Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”.
Bu gülməli polkovnik dayaz fikirləri ilə Ermənistan hakimiyyətinə də demədiyini buraxmırdı.

Nəhayət bu gün məlum oldu ki, Ermənistan təhlükəsizlik orqanları tərəfindən həbs edilib. Təcridxanadan həbsxanaya köçürülüb .
Artıq gülməli pafosları ilə indi də həbsxana nəzarətçilərinin üzünü güldürər. Gülmək demişkən, bir ağlama lətifə yadıma düşdü, onu da deyim, bitirim:

Deməli, bir gun 2 dost restoranda oturub yeyib- icirlər birdən dostun biri bilmədən acı bibər yeyir və gözündən yaş gəlir, pörtür, qulaqlarına qədər qıpqırmızı olur.
Tez o biri dost soruşur ki, qardaş niyə aglayırsan?
İstiotdan içi bişən, gözündən sel axan dost özün sındırmır, deyir ki, ehh, qəflətən rəhmətlik bacım yadıma düşdü, ona görə...
Aradan bir az keçir, o biri dost da açı olduğunu bilmədən bibərdən yeyir ve bunun da gözündən sel-su axır, pörtür, qulaqlarına qədər qıpqırmızı qızarır , içi od tutub yanır.
Tez dostu soruşur ki, ayə, sən niyə aglayırsan?
Gözünün selini -suyunu silib yığışdıra bilməyən qəzəblənmiş dost cavab verir: Sənin rəhmətlik bacın indi də mənim yadıma düşüb.

Bəs bilmirdin yediyin istiotlar səni yandıracaq ay polkovnik?

 Əntiqə Rəşid