Venesuela XİN: Ölkədə vəziyyət təhlükəsiz və dinc şəraitdədir
ABŞ Dövlət Departamentinin Venesuelada təhlükəsizlik təhdidi ilə bağlı xəbərdarlığı həqiqətə uyğun deyil; ölkədə sabitlik və dinc vəziyyət qalmaqdadır.
Adalet.az-ın məlumatına görə, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pintonun teleqram kanalında yayılmış açıqlamasında bildirilib.
"Venesuela Xarici İşlər Nazirliyi qeyd edir ki, ABŞ Dövlət Departamentinin ölkəmizdə təhlükəsizlik təhlükəsi ilə bağlı xəbərdarlığı, əslində mövcud olmayan xəyali bir risk yaratmağa yönəlmiş yalan məlumatlara əsaslanır", - XİN bildirib.
"Venesuelada tamamilə dinclik, sülh və sabitlik hökm sürür. Bütün yaşayış məntəqələri, nəqliyyat yolları, nəzarət-buraxılış məntəqələri və təhlükəsizlik obyektləri normal fəaliyyət göstərir və respublikanın Silahlı Qüvvələri güc tətbiq etmək və Venesuela xalqının dincliyini təmin etmək üçün qanuni hüququnun yeganə qarantı olan Bolivar hökumətinin nəzarəti altındadır", - bəyanatda vurğulanır.
XİN qeyd edib ki, Venesuela sülhün, sabitliyin qorunmasına və xalqın təhlükəsizliyinin təmin olunmasına sadiqliyini bir daha təsdiqləyir.
Digər Xəbərlər
31 Yanvar 2026 17:52
Yaxın vaxtlarda Mayamidə ABŞ-Rusiya danışıqları BAŞLAYACAQ
31 Yanvar 2026 17:42
İranda partlayış: Əlirza Təngsiri öldürülüb?
31 Yanvar 2026 17:40
İranda güclü partlayış: ölənlər var
31 Yanvar 2026 17:10
BMT müflis olmaq təhlükəsindədir - Quterreş anons verdi
31 Yanvar 2026 16:00
“Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
31 Yanvar 2026 15:43
BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya
31 Yanvar 2026 14:55
İrana doğru hərəkət edən “ÖLÜM GƏMİSİ” - Qorxuducu “Abraham Lincoln”
31 Yanvar 2026 14:15


Bakı -°C

