Nikolas Keycin film çəkilişləri nasist simvollarına görə ləğv edildi
Hollivud aktyoru Nikolas Keycin döyüş filmindən bir səhnəsinin London meriyasının tarixi binasında çəkilməsi planlaşdırılsa da, nasist simvolları ilə bağlı narahatlıq səbəbindən çəkiliş ləğv edilib.
Adalet.az xəbər verir ki, məlumatı BBC yayıb.
Qeyd olunub ki, "Dözüm" əməliyyatı" filmi üçün bina svastika bayraqları ilə bəzədilməli idi. Film 1944-cü ildə müttəfiq qüvvələrin faşizmə qarşı eyniadlı əməliyyatından bəhs edir.
Meriya sözçüsü jurnalistlərə bildirib ki, çəkiliş heyəti yerli sakinlərə məktublar göndərərək filmdə nasist simvollarının aydın görünəcəyini bildirib.
Şura sözçüsü bildirib ki, razılaşma şərtlərinə uyğun olmayan bu əhəmiyyətli dəyişiklikləri və ifrat sağçı simvolizmlə bağlı yüksək həssaslığı nəzərə alaraq, icazə verilməyib.
Bununla əlaqədar olaraq, filmi ərsəyə gətirmək üçün çəkiliş heyəti Qrinviçə üz tutmağı qərara alıb.
Digər Xəbərlər
08 Yanvar 2026 12:47
Murat Bisembin vəfat etdi
07 Yanvar 2026 13:17
Samir Bağırov: “Sevənlərim mənə dəstək olurlar”
07 Yanvar 2026 13:07
Nazilə: “O, istədiyi adamı quyudan çıxarar”
05 Yanvar 2026 22:03
Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən DANIŞDI
05 Yanvar 2026 15:10
Qaşları ilə xəbər başlıqlarına çıxan Alişan yeni bir paylaşım etdi - FOTO
05 Yanvar 2026 13:00
Rahidə Baxışova: “Qadın qadını anlamaq istəmir, nəinki kişi…”
05 Yanvar 2026 12:40
Zeynəb Həsəni: “O mahnıya görə çox utandım”
05 Yanvar 2026 12:34


Bakı -°C

