adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2021 16:33
877
DÜNYA

Mixail Saakaşvilinin həbsxanadan ilk fotosu yayılıb.

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı həbsxanadan ilk fotosu yayılıb.

Sözügedən foto Saakaşvilinin rəsmi feysbuk hesabında paylaşılıb.

“Mixail Saakaşvili onu dəstəkləmək üçün Rustavi həbsxanasının yanında toplanmış tərəfdarlarını salamlayır”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili oktyabrın 1-i saxlanılıb və 12 saylı Rustavi həbsxanasına göndərilib. Siyasətçi saxlanıldığı gündən etibarən aclıq aksiyası elan edib.

 

İLTİFAT