17 Iyul 2024 16:33
160
İDMAN

Modriç "Real"da qalacaq

İspaniyanın "Real" (Madrid) klubu Luka Modriçlə müqavilə müddətini uzadıb.

Adalet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu daha bir il "Kral klubu"nun şərəfini qoruyacaq.

Qeyd edək ki, L.Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu illər ərzində 4 dəfə İspaniya, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.