Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.
Digər edilən təkliflərə görə moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
02 Mart 2026 12:48
Leyla Əliyeva "Woman Bazaar" festivalında - FOTOLAR
02 Mart 2026 12:46
"Uşağın əlindən telefonu almaq asandır, amma..." - Deputat
02 Mart 2026 10:43
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR
02 Mart 2026 09:15
Xocalıda avtomobillərdə köməksiz qalanlara yardım edildi - VİDEO
01 Mart 2026 11:11
Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
01 Mart 2026 09:19
Yazın ilk ayının ilk günündə hava necə olacaq?
28 Fevral 2026 00:07
Prezidentin gəlininin alpaka fermasından maraqlı - FOTOLARI
27 Fevral 2026 17:24


Bakı -°C

