“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
28 fevral-1 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
Adalet.az xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkada 24 regiondan iştirak edəcək 51 fermer 145-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.
Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Digər Xəbərlər
27 Fevral 2026 16:00
Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
27 Fevral 2026 13:13
"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB
27 Fevral 2026 12:16
Sabah sulu qar yağacaq
27 Fevral 2026 11:44
Bütün sosial ödənişlər verildi
27 Fevral 2026 11:44
Xarici prodüserlər Azərbaycan ərazisində film istehsalına cəlb ediləcək
26 Fevral 2026 19:04
Leyla Əliyeva qazi Rəvan Əzizovu ziyarət etdi - FOTOLAR
26 Fevral 2026 11:11
“Qəlpə adamın başını qopardı, üç dostumu əsir götürdülər” – Xocalıda sonuncu toyun bəyi
26 Fevral 2026 09:58


Bakı -°C

