Moskvada son 120 ilin ən yüksək temperaturu gözlənilir
Növbəti həftə Moskvada 1897-ci ilin temperatur rekordu qırıla bilər.
Bu barədə RBK məlumat yayıb.
Növbəti həftə Rusiya paytaxtında temperaturun may ayı üçün olan normadan 10-11 dərəcə yüksək olması proqnozlaşdırılır.
Mayın 17-də Moskvada temperaturun 28-30 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Mayın 18-də isə temperaturun 31 dərəcəyə çatması gözlənilir.
Qeyd edək ki, 1897-ci ildə Moskvada may ayında havanın temperaturu 29,1 dərəcə olmuşdu.
Digər Xəbərlər
27 Aprel 2024 17:49
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45Fenomen Bağdadda naməlum şəxslər tərəfindən güllələndi
27 Aprel 2024 16:01