adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 16:08
527
GÜNDƏM

Moskvadakı qələbə paradına hansı ölkə başçıları dəvət olunub: Siyahı 

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçiriləcək.


Adalet.az xəbər verir ki, Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş qələbə paradında iştirak edəcək dövlət başçılarının siyahısı məlum olub.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, paradda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Kuba, Laos və Qvineya-Bisau liderləri iştirak edəcək.

“Ermənistanın baş naziri iştirak edə bilməz”, - deyən Uşakov Azərbaycan prezidentinin də iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Rusiyada Qələbə paradları 7 qəhrəman şəhərdə və hərbi dairələrin qərargahlarının yerləşdiyi 18 şəhərdə keçiriləcək. Şoyqunun sözlərinə görə, ümumilikdə bayramda təxminən 150 min insan iştirak edəcək.