adalet.az header logo
  • Bakı -°C
10 Oktyabr 2026 10:39
81
DÜNYA
A- A+

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” hava limanları fəaliyyətlərini dayandırıb.

Adalet.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Bildirilib ki, “Rosaviasiya” şənbə günü səhər saatlarından paytaxtın sözügedən hava limanlarında uçuşların qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb.

Qeyd edək ki, məhdudiyyətin uçuşların təhlükəsizliyi səbəbindən tətbiq edildiyi bildirilir. Ötən gün Rusiya Prezidenti Vladimir Putini və digər yüksəkrütbəli rəsmiləri daşıyan “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarələri də Ukrayna PUA-larının hücumu səbəbindən Moskvada eniş edə bilməmişdi.