İsmayıllıda ev və köməkçi tikilidə yanğın
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb.
Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkçi tikilinin isə 50 kvadratmetr sahəsi yanğına məruz qalıb. Yanğın zamanı evin qalan hissəsi və köməkçi tikilinin digər sahələri mühafizə olunub.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Yanğının başvermə səbəbi dəqiqləşdirilir.
Digər Xəbərlər
18 Noyabr 2026 12:42
Sürət həddini düzgün seçməyən sürücü və sərnişin öldü
16 Noyabr 2026 16:18
Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB
16 Noyabr 2026 10:42
Güclü küləkdə paytaxtda 32 ağac sınıb
16 Noyabr 2026 09:49
Bakıda avtobus piyadanı vuraraq öldürdü
16 Noyabr 2026 09:38
Külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:32
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
16 Noyabr 2026 09:00
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
15 Noyabr 2026 21:40


Bakı -°C

