Trampın Putinlə razılaşmasına Zelenskidən - Sərt reaksiya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra elan edilən dizel yanacağı tədarükü razılaşmasına kəskin reaksiya verib.
Adalet.az xəbər verir ki, Zelenski Rusiyanın ABŞ və qlobal bazarlara dizel yanacağı satmasına imkan verən bu addımı və iqtisadi sanksiyaların yumşaldılmasını “zəifliyin açıq əlaməti” adlandırıb.
Ukrayna lideri vurğulayıb ki, müharibəyə son qoyacaq konkret addımlar atılmadan Moskvaya iqtisadi güzəştlərin edilməsi müharibəni daha da uzadacaq və Rusiya rəhbərliyini cəsarətləndirəcək.
Prezident Moskvanın neft satışından əldə edəcəyi gəlirlərdən hərbi əməliyyatları maliyyələşdirmək üçün istifadə edəcəyini bildirib: “Putinə verilən hədiyyələr nə sülh gətirəcək, nə də sivil dünyaya fayda verəcək. Rusiya dizel yanacağının qarşılığını daha çox terror və xəyanətlə ödəyəcək. Rusiyanın neft məhsullarını satmasına şərait yaratmaq başa çatmalı olan bir müharibəyə sərmayə qoymaq deməkdir”.
Digər Xəbərlər
30 Oktyabr 2026 16:06
"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
30 Oktyabr 2026 12:08
Ermənistanda korrupsiyada şübhəli bilinən vəzifəli şəxslər həbs edildi
30 Oktyabr 2026 10:51
Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarələri məhv edildi
30 Oktyabr 2026 09:27


Bakı -°C

