16 Iyul 2025 10:39
205
HADİSƏ

Motosiklet və moped qəzalarında 4 nəfər ölüb - VİDEO

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəzalarda 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb.