Xamənei ABŞ və İsraili məhkəməyə verməyə çağırıb

İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei ölkəsinin məhkəmə rəsmilərini İsrail və ABŞ-ni “İran xalqına qarşı son təcavüzlərinə görə” məhkəməyə verməyə çağırıb.
Adalet.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, iyulun 16-da məhkəmə sisteminin rəhbəri, baş hakim Qulamhüseyn Möhsüni-Ejei də daxil olmaqla, bir qrup məhkəmə rəsmisini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, İsrail və ABŞ məsuliyyətə cəlb edilməlidir.
Seyid Əli Xamənei daha sonra vurğulayıb: “Əsas vacib vəzifə böyük milli iradə və birliyi qorumaqdan ibarətdir”.
Digər Xəbərlər

Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir

BƏƏ Prezidenti Türkiyədə səfərdədir

Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə görüşdü

Əkrəm İmamoğlu azadlıqdan məhrum edildi

Paşinyan nəqliyyat dəhlizlərinin açılmasından danışdı

"Sülh müqaviləsinin paraflanması ideyası var" - Paşinyan

Türkiyə vitse-prezidenti: 15 iyul çevriliş cəhdinin arxasında xaricdəki dairələr durur
