Mövsümün sonunda "Mançester Yunayted"dən gedə bilər

"Mançester Yunayted" (İngiltərə) cari mövsümün sonunda portuqaliyalı yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeşlə yolları ayıra bilər.
Adalet.az-ın "Confidential" nəşrinə istinadən məlumatına görə, 30 yaşlı futbolçu DÇ-2026 başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına, MLS-ə və ya Avropanın əsas liqalarından birinə getməyə hazır olacaq.
Onun 2026-cı ildə keçiriləcək dünya çempionatına yaxşı hazırlaşmaq üçün hazırda Səudiyyə Ərəbistanından gələn yüksək məbləğli təklifləri rədd etdiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl B.Fernandeş "Əl-Hilal"ın 200 milyon funt-sterlinqlik təklifini geri çevirib.
Digər Xəbərlər

“Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək

"Hesab bizi aldatmamalıdır" - Qurban Qurbanov

12 tribunadan 9-nun biletləri satılıb - "Formula 1" üzrə Azərbaycan Qran-prisi
