10 Sentyabr 2024 16:43
345
SİYASƏT

MSK beş şikayəti araşdırır

Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) beş şikayət araşdırılır.

Adalet.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq:

"Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Məcəllənin tələbinə uyğun addım ata bilərik".