Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətlərində müşahidə olunub.
Bu barədə Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, ötən ay ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,7 faiz təşkil edib.
2023-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 103,7 faiz təşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Digər Xəbərlər

"Ola bilər kabinetlərdə oturaraq bəzi şeyləri görmürük" - Əli Əsədov

"Deputatlar tərəfindən söylənilən fikirlərin bəziləri ilə razı deyilik" - Baş nazir

Ötən il hasil edilən neft və qazın həcmi açıqlandı

İndiyə qədər azad olunmuş ərazilərə ayrılan vəsait açıqlanıb

"Qəzalı binalarla bağlı problemlərin həlli üçün vəsait nəzərdə tutulub"

"İllik inflyasiya hədəf diapazonu daxilində olub" - Baş nazir

Ötən il Azərbaycanda 781,8 milyon manatlıq hərbi məhsul istehsal edilib
