"Qəzalı binalarla bağlı problemlərin həlli üçün vəsait nəzərdə tutulub"

"2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov deyib.
"2024-cü ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3% artmış, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilib (9,8% artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub. Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunub. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bundan sonra da Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir", - deyə Baş nazir bildirib.
O qeyd edib ki, qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılmışdır: "Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub. Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir".
Nicat
Digər Xəbərlər

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göy yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR

Pensiya kapitalından necə istifadə etmək olar? - AÇIQLAMA
