adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Aprel 2023 16:18
3206
LAYİHƏ

“Müasir dünyada müasir köləlik” layihəsi çərçivəsində tədbir keçirilib

“XXI Əsrin Qadınları” İctimai Birliyi  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Müasir dünyada müasir köləlik” adlı layihə çərçivəsində Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir həyata keçirib.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə  DİN  İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları»” İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva,  Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov, eləcə də yeniyetmə və gənclər iştirak edib. 

Layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin  əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında  insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib. Digər çıxışçılar  təhsil alan tələbələrin  gələcəkdə xaricdə təhsillərini davam etdirmək üçün dövlət təhsil qurumları və etibarlı təşkilatların vasitəsilə xaricdə oxumağa getmələri ilə bağlı məlumatlar veriblər. Eyni zamanda xaricə işləmək üçün getmək istəyən ali təhsilli gənclərin turizm şirkətləri haqqında və eləcə də onlara xarici ölkələrdə vəd olunan işverən şirkətlər haqqında bilgi toplamaq haqqında  maarifləndirici söhbətlər aparıblar. 
Sonda xatirə şəkilləri çəkilib.