MÜDAFİƏ NAZİRLİYİNİN GÜLMƏLİ AÇIQLAMASI
Deməli, Gəncə hospitalının psixiatriya bölməsində yatan bir MAXE hospitalı tərk edib və çıxıb gedib Ağdərəyə. Orda da bir evdən ya su istəyibmiş, ya nə istəyibmişsə xəbər eləyiblər olmayan respublikanın təhlükəsizlik xidmətinin əməkdaşları gəlib qolunu qandallayıb həbs ediblər və haqqında iki cinayət işi qaldırıblar. Biri «Artsaxın sərhədlərini» pozduğuna görə, ikincisi də «casusluğa» görə. Erməniləri başa düşdük, onlar hələ də Dağlıq Qarabağı Artsax adı ilə ayrıca bir dövlət kimi tanıyırlar. Heç demə sərhədlərini də müəyyənləşdiriblər.
Bizim Müdafiə Nazirliyi də bir açıqlama yayıb ki, həmin MAXE ilə əlaqədar cinayət işi qaldırılıb.
Bu cinayət işi hansı maddələrlə tövsif olunur, deyilmir. Xəstəxanadan qaçmağına görəmi? Azərbaycan Respublikasının Cinayət Məcəlləsində belə bir maddə yoxdur. Azərbaycanın hansısa bir bölgəsindən başqa bir bölgəsinə getdiyinə görəmi? Cinayət Məcəlləsində belə bir maddə də yoxdur.
Düzdür, işğaldan azad olunmuş ərazilərə icazəsiz getməyə görə vətəndaşlar məsuliyyət daşıyır, bu da cinayət məsuliyyəti deyil, inzibati cəza alırlar, uzağı 15 sutka.
İndi hörmətli Müdafiə Nazirliyi,özünüz dediyiniz kimi, bu adam əsəb xəstəsiymiş və müalicə alırmış. İndi əsəbləri tab gətirməyib, ya nədən belə bir məsuliyyətsiz addım atıb.
İndi əsgərimizi xilas etmək üçün yollar axtarmaqdan, Rusiyanın ordakı sülhməramlılarından həmin əsgəri geri qaytarmağı tələb etməkdənsə belə bir gülünc açıqlama verirsiniz.
Allah işinizi avand eləsin.
***