"Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib" - Prezident
Vətən müharibəsi 44 gün davam etdi, bu müddət ərzində Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi: “Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu darmadağın edildi, separatçıların liderləri, uşaq qatilləri isə Azərbaycan məhkəməsinə çıxarıldı. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını Azərbaycan həbsxanalarında içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bu məsələ qlobal əhəmiyyət daşıyır, buna görə də bunun üstündə dayandım. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib”.
Digər Xəbərlər
15 Oktyabr 2026 13:22
"Qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə məqsədlərimizə nail ola bilərik" - Emoməli Rəhmon
15 Oktyabr 2026 13:20
"Sülh hələ də kövrəkdir" - Prezident
15 Oktyabr 2026 13:19
Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti
15 Oktyabr 2026 13:08
Japarov Azərbaycanın AQEM-in inkişafına töhfəsini yüksək qiymətləndirib
15 Oktyabr 2026 13:03
Özbəkistan Prezidenti: AQEM çərçivəsində öhdəliklər aydın olmalıdır
15 Oktyabr 2026 12:55
"Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb" - Dövlət başçısı
15 Oktyabr 2026 12:50
Prezident AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 12:46


Bakı -°C

