04 Noyabr 2024 14:17
600
GÜNDƏM

İyrənc irqçi Mitxun Çakrabotinin müsəlmanlara nifrəti: "Sizi kəsib basdıracağıq" 

İslam dünyasına , müsəlmanlara nifrəti ilə seçilən Hindistanın Baş naziri Narendra Modinin hakim Bharatiya Canata partiyası Hindistanda anti -müsəlman olması ilə tanınır. Xatırlayırsınızsa, 2022-ci ildə Hindistanın hakim radikal millətçi "Bxaratiya Janata" (BJP) partiyasının rəsmiləri tərəfindən islam dininə qarşı və Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz ifadələr işlədilməsi nəinki ölkədə eləcə də bölgədə növbəti iğtişaşların təməlini qoydu.


Beləki, Hindistanın Baş nazir Narendra Modi və partiyasının 2014-cü ildə hakimiyyətə gəlməsindən sonra müsəlmanlara qarşı pis rəftarın sayı artıb .Onun "Hindistan hinduslar üçün" şüarından sonra Hindistanda iqtidarda olan "Bharatiya Canata" Partiyasının Yaşpal Suvarna ölkədə ictimai yerlərdə hicabın yasaqlanmasını tələb etdi.
Bundan başqa islam əleyhinə olan partiyadaşları da müsəlmanlara qarşı nifrətlərini tez-tez ortaya qoyublar. 

Adalet.az xəbər verir ki, məşhur Bollivud ulduzu, "Bharatiya Canata" Partiyasının liderlərindən olan Mitxun Çakraborti Hindistanın daxili işlər naziri Amid Şahın yanında müsəlmanları hədəfə alan çıxış edib . O çıxışı zamanı qəzəblə müsəlmanları hədələyib:Sizi tikə-tikə doğrayıb cəsədlərinizi çaya deyil, torpaqlarınıza atacağıq. Biz hər şeyə, tamamilə hər şeyə hazırıq! Mən bunu daxili işlər nazirinin özünün qarşısında deyirəm!”

Aktyordan siyasətçiyə çevrilmiş Mithun Çakraboti  dini inancına görə hindusdur və böyük bir müsəlman toplumunu nifrət nitqi ilə hədələdiyinə baxmayaraq hələki istintaqa cəlb edilməyib.

Xatırladaq ki, 2022-ci ilin İyun ayında Hindistanı idarə edən hindus rəsmilərdən biri, hakim partiyanın sözçüsü Naveen Kumar Jindal Twitter-də Məhəmməd peyğəmbəri təhqir edən paylaşımı böyük reaksiya aldı.
Daha sonra Hindistanın Heydərabad şəhərində hakim Bharatiya Janata Partiyasının parlamentdəki deputatı Zakur Raca Sinq Məhəmməd Peyğəmbərin ünvanına təhqiramiz ifadələr işlətdi və video yayımladı...Ona etiraz olaraq əhali şəhərin bir çox yerlərində piketlər keçirdi.
Hindistanın Uttar Pradeş əyalətində İslam və Hz. Məhəmmədi təhqir edənlərə etiraz edən 3 müsəlmanın evi buldozerlərlə dağıdıldı. Hindistan polisinin müsəlman gənclərə qarşı zorakılığını əks etdirən videolar ortaya çıxdı.
Bu ilin yanvarında isə Modi Ayodhya şəhərində qədim məscidin xarabalıqlarının yerində Rama tanrısına həsr olunan Ram Mandir hindu məbədi inşa etdirib.

Qeyd edək ki, 2026-cı ildə Qərbi Benqaliyada Məclis seçkiləri keçiriləcək. Oradan seçiləcək müsəlman namizədlər məşhur aktyor belə hədələyib. Yeri gəlmişkən, Qərbi Benqaliya Hindistanın şərqində böyük bir ştatdır. Paytaxtı və ən böyük şəhəri Kəlküttədir. Əhalisi 91 347 736 nəfərdir.
1947-ci ildə Britaniya əsarəti bitdikdən sonra Hindistanının parçalanması baş verdi. Daha sonra Benqaliya dini cərəyanlar üzrə bölündü. Bölgənin qərb hissəsi Hindistana (Qərbi Benqal deyilir), şərq hissəsi Pakistana Şərqi Benqal (daha sonra Şərqi Pakistan adlandırıldı) adı verilən bir vilayət olaraq birləşdirildi. Şərqi Pakistan 1971-ci ildə Banqladeş adlı müstəqil bir dövlət oldu. Benqaliyanın bölünməsi bir çox sosial-iqtisadi, siyasi və etnik problemlərin yaranmasına səbəb oldu.

Əntiqə Rəşid