İspaniya Kubokunu “Barselona” qazandı - VİDEO
Bu gün İspaniya Kral Kubokunun final matçı keçirilib.
Adalet.az xəbər verir ki, həlledici görüşdə “Barselona” “Real”la qarşılaşıb.
Matç Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı “Barselona”dan Pedri açıb. İkinci yarıda madridlilər ardıcıl iki qol vurublar. Öncə Kilian Mbappe, ardınca Orelyan Çuameni fərqlənib. Matçın sonlarında Ferran Torresin qolu ilə hesab bərabərləşib və oyunda əlavə vaxt oynanılıb.
116-cı dəqiqədə katalonların futbolçusu Kunde oyunda son nöqtəni qoyub.
Bununla da, “Barselona” 32-ci dəfə İspaniya Kubokunun qalibi olub.
Digər Xəbərlər
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi
23 Sentyabr 2026 22:21


Bakı -°C

