“Səfirin bu açıqlamaları İran – Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır”
“İranın Ermənistandakı səfiri Xəlil Şirqulami məntiqsiz açıqlamalarına birini də əlavə edib. İranlı diplomatın sözlərinə görə, bölgədə sabitliyə və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında real güc balansı təmin edilməlidir. “Bu olduqca vacibdir” deyən Şirqulami bildirib ki, İran regionda “yeni güc balansı”nın yaradılmasına çalışır və bu, “uzunmüddətli sülhün yeganə real təminatı”dır. Onun iddiasına görə, bu “balans” olmadan vəziyyət kövrək olaraq qalacaq, regionda sülhün təmin edilməsi üçün yalnız istək kifayət etmir. İran səfiri mövzunu bu cümlə ilə yekunlaşdırıb: “Bölgədə geosiyasi dəyişiklik qəbuledilməzdir. Bu, İranın fundamental mövqeyidir. Status-kvo mütləq qorunmalıdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Status-kvonu yaradan və qoruyan Azərbaycandır. İranlı diplomatın “məntiqinə” görə isə, Azərbaycan Ermənistandan güclü olmamalı və ya tərsinə Ermənistan Azərbaycan qədər güclü olmalıdır. Birincisi, iki ölkə arasında əhali nisbətini dəyişmək mümkün deyil. İkincisi, Tehran istəyir deyə Azərbaycan hərbi büdcəsini azaldıb Ermənistanınkı qədər edə bilməz. Səfirin başqa bir “məntiqinə” görə, Azərbaycanla Ermənistan arasında “güc balansını” qoruya biləcək ölkə İrandır.İranın Ermənistandakı səfiri hər dəfə statusunu və həddini aşan açıqlamalar verir. O bu açıqlamaları ya özbaşına verir, ya da Xarici İşlər Nazirliyindən aldığı təlimatı həyata keçirir. Hər nədirsə, səfirin bu açıqlamaları İran – Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Sentyabr 2026 10:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub
24 Sentyabr 2026 10:33
“Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyin...”
24 Sentyabr 2026 10:00
“İran nüvə silahı əldə edə bilər” – Politoloq
24 Sentyabr 2026 09:47
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - FOTOLAR
24 Sentyabr 2026 09:13
“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”
24 Sentyabr 2026 00:46
"TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək"
23 Sentyabr 2026 20:20
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
23 Sentyabr 2026 20:08


Bakı -°C

