Muxtar Babayev COP29-da əldə olunan razılaşmalardan danışdı
Bu gün Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqtisadiyyatların müvafiq adaptasiyası üçün qeyri-bazar yanaşmaları) razılaşdırılıb.
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, COP29-un ilk həftəsində irəliləyiş əldə edilib: “Əvvəlcə 6.4-cü maddə üzrə, bu gün isə qeyri-bazar yanaşmalarıla bağlı 6.8-ci maddə razılaşdırılıb”.
"Bunlar 6-cı Maddə üzrə danışıqların tamamlanması yolunda mühüm addımlardır", - o bildirib.
M.Babayev əldə edilmiş irəliləyişlərə baxmayaraq, hesab edir ki, danışıqlar ləng gedir.
COP29 prezidentinin sözlərinə görə, razılaşdırılmış həllə nail olmaq üçün tərəflər prosesi sürətləndirməlidir: "Bu həftə danışıqlar yekun mərhələyə daxil olduğu üçün biz dünyanın hər yerindən nazirləri qəbul edirik. Siyasi liderlər ədalətli və iddialı bir razılaşmaya nail olmaq üçün bütün imkanlara malikdirlər.
Onlar təkcə bu məsuliyyəti qəbul etmək deyil, həm də dərhal və konstruktiv işə başlamaq üçün məsuliyyət daşıyırlar".
Digər Xəbərlər
03 Iyun 2026 17:02
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı QƏRAR
03 Iyun 2026 16:51
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
03 Iyun 2026 15:31
Naxçıvanda idarə rəisi işdən çıxarıldı
03 Iyun 2026 15:17
“Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı oldu
03 Iyun 2026 13:33
Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
03 Iyun 2026 12:41
Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur
03 Iyun 2026 12:19
Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
03 Iyun 2026 12:12


Bakı -°C

