Narkokuryerliyə cəlb olunan daha 2 nəfərdən 26 kq narkotik götürülüb
Narkokuryerliyə cəlb olunan daha 2 nəfərdən 26 kiloqram marixuana aşkarlanıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rəşad Ramazanov və narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Molla Quliyev tutulublar. Onlardan ümumilikdə 26 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotiklərin dövriyyəsində istifadə edilən bank kartları aşkarlanıb.
R.Ramazanov və M.Quliyev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə birgə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49


Bakı -°C

