"Narkomaniya ilə bağlı ciddi ölçülər götürülməlidir" - Deputat
"Regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir. Eyni zamanda regionlarda müəllim çatışmazlığı var. Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. İstənilən halda bu sahədə çatışmazlıqlar var".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, ötən 5 il ərzində narkomaniya ilə bağlı artım 2 dəfədir: "Bu, rəsmi statistik məlumatlardır. Rəsmi statistikaya düşməyən hallar da kifayət qədər çoxdur. Narkomaniya ilə bağlı ciddi ölçülər götürülməlidir".
Deputat qeyd edib ki, alimentlərin verilməsi ilə bağlı problemlər var. O, bununla bağlı məhkəmələrdə kifayət qədər çox işlərin olduğunu söyləyib.
"Aliment Fondunun yaradılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik edilməsi yaxşı olardı", - deyə A.Əlizadə vurğulayıb.
Digər Xəbərlər
27 Fevral 2026 11:01
Daxili Qoşunlar kursant qəbulu elan edir - VİDEO
27 Fevral 2026 10:12
"Gənclərimiz ehtiyat kadr siyahısına daxil olurlar, amma işlə təmin edilmirlər" - Deputat
27 Fevral 2026 09:32
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
27 Fevral 2026 09:19
"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü
26 Fevral 2026 23:33
“Atanız mənə qardaşımın Milli Qəhrəman vəsiqəsini vermişdi”
26 Fevral 2026 20:12
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtı
26 Fevral 2026 19:47
Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral 2026 17:50


Bakı -°C

