Narkotik qəbul edib, mikroavtobus sürən şəxs HƏBS OLUNDU
Narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dekabrın 8-də saat 11 radələrində Binəqədi rayonu ərazisində “İsuzu” markalı mikroavtobus yol nişanının tələbini pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Abşeron rayon sakini Kənan Həzrətquliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunaraq Binəqədi rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə K.Həzərətquliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Digər Xəbərlər
05 Yanvar 2026 17:42
Bakıda tədris mərkəzindən oğurluq olub
05 Yanvar 2026 13:26
Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı
05 Yanvar 2026 11:56
Keçmiş məhkum evdən külli miqdarda qızıl və pul oğurladı
01 Yanvar 2026 13:03


Bakı -°C

