Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” əmri verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Rauf Hüseynovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, R.Hüseynovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.
Digər Xəbərlər
05 Oktyabr 2026 00:03
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 İL ÖTÜR
04 Oktyabr 2026 18:55
Gəncədə yeniyetmələr pizzadan zəhərləndi
04 Oktyabr 2026 18:51
Qəzada yaralanan 13 yaşlı məktəbli - Vəfat etdi
04 Oktyabr 2026 17:15
Sabiq prorektor dünyasını dəyişdi
04 Oktyabr 2026 10:38
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış olub, yaralanan var - VİDEO
04 Oktyabr 2026 09:25
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26


Bakı -°C

