Narkotikin təsiri altında olan "Prius" sürücüsü HƏBS EDİLDİ - FOTO

Astarada narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub.
Bu barədə Adalet.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, avqustun 10-da Ələt-Astara yolunun 143-cü km-də Bakı şəhər sakini Ağamalıyev Sərxan Məmməd oğlunun idarə etdiyi “Toyota” markalı, 99-VH-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stosionar postda nəzarət qaydasında saxlanılıb və sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən sürücü S.Ağamalıyevin narkotik maddə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Ağamalıyev barəsində inzibati həbs tətbiq olunub və o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Digər Xəbərlər
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR
25 Oktyabr 2025 12:13 

Bakı -°C 











