Narkotikin təsiri altında olan sürücü həbs edildi - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücü ifşa olunub.
Adalet.az xəbər verir ki, Bakı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Orxan İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Alayın VI taqımının əməkdaşları tərəfindən görülən nəzarət-profilaktik tədbirlər çərçivəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib və fakt öz təsdiqini tapıb.
Bununla bağlı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Orxan İsmayılov təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilib.
Digər Xəbərlər
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43
Narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
17 Mart 2026 17:14


Bakı -°C

