Narkotikin təsiri altında olan sürücü saxlanıldı
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı M.Əhmədovun narkotik vasitə qəbul etməsi müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Digər Xəbərlər
03 Dekabr 2025 10:59
47 yaşlı kişinin meyiti qəbiristanlıqda tapıldı
03 Dekabr 2025 10:40
Polis xeyli silah-sursat aşkarladı
03 Dekabr 2025 10:10
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı
03 Dekabr 2025 10:05
Sərhəddə 58 milyon manata yaxın qaçaqmal tutulub
03 Dekabr 2025 09:36
Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi - VİDEO
02 Dekabr 2025 16:48
Bakıda narkokuryer tutuldu - VİDEO
02 Dekabr 2025 13:07
Şərurda evlərdən oğurluq edən şəxslər saxlanıldı
02 Dekabr 2025 13:01


Bakı -°C

