Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev və kafedranın dosenti Cavanşir Kazımovun müəllifliyi ilə “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti çap olunub.
Dərs vəsaiti iki əsas bölmədən ibarətdir. Birinci bölmə proqramlaşdırma texnologiyalarının əsas üsullarına və vasitələrinə həsr edilib. Bu bölmədə proqramlaşdırma texnologiyalarının inkişaf mərhələləri, proqram təminatının həyat dövrü modelləri, struktur proqramlaşdırma texnologiyası, proqram təminatının testləşdirilməsi və sazlanma üsulları, obyektyönümlü yanaşma üsulları haqqında məlumat verilir və praktik nümunələrlə açıqlanır. Həmçinin proqram təminatının hazırlanmasında istifadə olunan müxtəlif modellərin xüsusiyyətlərinin təhlili təqdim olunur.
İkinci bölmədə müasir proqramlaşdırma texnologiyalarına uyğun olan bir dil kimi “Python” dilinin əsas elementləri haqqında məlumat verilir, bu dildə proqram təminatının hazırlanması və icra olunması qaydaları göstərilir. “Python” dilinin əsas anlayışları olan sətirlər, kortejlər və siyahıların verilməsi, onlardan istifadə etməklə proqramların tərtib edilməsi qaydaları izah olunur. Funksiyaların, rekursiyaların, lambda ifadələrin, massivlərin, çoxluq və lüğətlərin tərtibi qaydaları da dərs vəsaitində xüsusi yer tutur. Bu bölmədə obyektyönümlü proqramlaşdırma texnologiyasında istifadə olunan sinif anlayışı və onun tərtibi qaydaları, bu texnologiyanın əsas prinsipləri olan polimorfizm və varislik prinsipləri praktik nümunələrlə izah olunur. Dərs vəsaitində təqdim olunan çoxsaylı proqram nümunələri mövzuların daha aydın başa düşülməsinə kömək edir.
Dərs vəsaitindən “Kompüter elmləri”, “İnformatika müəllimliyi”, “İnformatika”, “Sistem proqramlaşdırma”, ”İnformasiya təhlükəsizliyi” kimi istiqamətlərdə təhsil alan bakalavriat və magistratura tələbələri ilə yanaşı bu sahələrdə çalışan mütəxəssislər də faydalana bilərlər.
Digər Xəbərlər
31 Mart 2026 16:20
I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlandı
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00


Bakı -°C

