adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
30 Iyun 2022 12:23
304
DÜNYA

"NATO 2014-cü ildən Rusiya ilə qarşıdurmaya hazırlaşırdı"

NATO-nun baş katibi Yens Stoltenberq, alyansın Madriddə keçirilən sammitinin ikinci gününün yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, Şimali Atlantika bloku ( NATO), hələ 2014-cü ildən Rusiya ilə qarşıdurmaya hazırlaşırmış.
  
"Biz Rusiyanın təhlükəli olduğunu 24 fevralda deyil, daha əvvəldən bilirdik və NATO hələ 2014-cü ildən buna hazırlaşırdı"- deyə Stoltenberq bildirərək daha sonra qeyd edib ki, "məhz buna görə biz şərqdə alyansın gücünün artırılması və müdafiəsi üçün külli miqdarda vəsait xərcləyirdik".
  
NATO-nun ötən sammitlərində bildirilirdi ki, "hərbi alyans Rusiya üçün heç bir təhlükə yaratmır və onunla münaqişəyə girməyə can atmır". Lakin bununla yanaşı "Rusiyanın təhdidlərinə və düşmən mövqeyinə" cavab verməkdə davam edirdi.

 İkinci Dünya müharibəsindən sonra, bu iki hegemon dövlərlər arasında gedən "soyuq müharibə" adəti üzrə ara-sıra  üçüncü ölkələr üzərindən qanlı müharibələr və qarşıdurmalarla müşahidə olunurdu. Bu illər ərzində dünyanın müxtəlif yerlərində - Vyetnamda, Koreya yarımadasında, Əfqanıstanda, Suriyada, Liviyada və s. ABŞ -Rusiya çəkişmələri milyonlarla günahsız insanların həyatı bahasına başa gəlirdi və hələ də gəlməkdədir. 
  
Artıq 21-ci əsrdi, lakin ABŞ -Rusita qarşıdurması sanki "iki qoçun başı bir qazanda qaynamaz" prinsipilə davam etməkdədir. Suriyadan sonra növbəti qurban Ukrayna və ukrayna xalqı "seçildi". artıq dördüncü aydır ki, Rusiya və ABŞ silahları bu ölkənin şəhərlərini, kəndlərini və infrastrukturlarını məhv etməkdə, on minlərlə insanın həyatlarını məhv etməkdədir. Onlar isə dayanmaq bilmirlər. Sanki daha çox qana susadıqlarını nümayiş etdirməklə nəyəsə nail olacaqlarına inanırlar.
  
Bütün bu baş verənlərdə tərəflər hələ də bir-birilərini günahlandırırlar. Anlamaq istəmirlər ki, artıq bütün dünya bilir ki, baş verən qanlı hadisələrdə hər iki tərəf günahkardı. Sadəcə hamıdan güclü olduqlarını, imperiya xislətlərini gizlətməklə özlərinə haqq qazandırmağa çalışırlar. 
  
Rusiya tərəfi də qardaş qırğınına gətirib çıxaran müharibənin sonlandırılması üçün çıxış yolları axtarmaq əvəzinə, hələ qərb sərhədlərində fövqaladə hallar üçün hərbi gücünü artırmaqda davam edir.
  
Görünən odur ki, hegemon dövlətlərin hazırladıqları "xəmir" hələ çox "qan" aparacaq...

  Rüstəm Hacıyev