adalet.az header logo
  • Bakı -°C
09 Aprel 2026 09:19
95
DÜNYA
A- A+

"NATO bizə kömək etmədi" - Trampdan Rutteyə

NATO-nun baş katibi Mark Rutte Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, görüş qapalı qapılar arxasında keçirilib.

Rutte daha sonra söhbəti "çox açıq və dürüst" adlandırıb, lakin Trampın NATO-dan çıxmaqdan bəhs edib-etmədiyi sualına birbaşa cavab verməyib. 

ABŞ prezidenti görüşlə bağlı şərh verərək "NATO-nun ehtiyac duyduğumuz zaman bizə kömək etmədiyini" təəssüflə qeyd edib. 

Bildirək ki, bu, Trampın Avropa müttəfiqlərini İrana qarşı ABŞ-İsrail müharibəsinə qoşulmaqdan imtina etdiklərinə görə tənqid etməsindən sonra onların ilk görüşü idi.