NATO müdafiə nazirləri Brüsseldə toplaşır
NATO müdafiə nazirləri cümə axşamı günü Brüsseldə Alyansın Ankarada keçiriləcək sammitinə hazırlıq məqsədilə görüşəcəklər.
Adalet.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Mark Rutte bildirib.
Müttəfiqlərin müdafiə investisiyaları on milyardlarla avro artıb və görüşdə alyansın üzv dövlətlərinin müdafiə xərclərini daha da artırmağı planlaşdırdıqları müzakirə olunacaq.
Baş katib qeyd edib ki, investisiyaları artırmaq üçün lazımi müdafiə məhsullarının tədarük üçün mövcud olması vacibdir. "Buna görə də müdafiə sənayesi bazamızı genişləndiririk. Daha çox istehsal etməliyik. Bu, daha çox hava hücumundan müdafiə sistemi, daha çox sursat və Alyans daxilində daha güclü təchizat zəncirləri deməkdir", - deyə Rutte davam edib.
Digər Xəbərlər
12 Fevral 2026 12:23
Tramp "Qələbə paradına" dəvət alacaq"..?
12 Fevral 2026 12:21
"Müharibə gedən ölkədə seçkilər keçirmək mümkün deyil"
12 Fevral 2026 11:02
Hakan Fidan: ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda...
12 Fevral 2026 10:23


Bakı -°C

