Hakan Fidan: ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda...
İran ötən ilin iyun ayında ABŞ və İsrailin hava zərbələrindən, həmçinin ötən ay baş verən kütləvi hökumət əleyhinə etirazlardan sonra üzləşdiyi təhdidləri dərk edir.
Adalet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan "Financial Times"a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp etirazlardan sonra İrana qarşı hərbi əməliyyat variantlarını nəzərdən keçirərək Yaxın Şərqdə ABŞ hərbi gəmilərindən ibarət armada yerləşdirib:
"İran hökuməti başa düşür ki, ictimai narazılıqlar əsasən iqtisadi çətinliklərlə bağlı idi. Buna görə də onlar sanksiya məsələsinin həll edilməli olduğunu dərk edirlər".
H.Fidan həmçinin bildirib ki, hərbi eskalasiya halında ABŞ-nin zərbələri İranda mövcud hakimiyyətin dəyişməsinə çətin ki gətirib çıxarsın: "Düşünmürəm ki, bu baş verəcək. Təbii ki, dövlət strukturları və bəzi digər hədəflər vurulacaq və ya məhv ediləcək. Lakin siyasi struktur fəaliyyətini davam etdirəcək".
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

