Naxçıvan Baş Gömrük İdarəsində altı ayın yekunları müzakirə olunub
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2024-cü ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Adalet.az xəbər verir ki, baş idarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlərin son dövrlərdə gömrük orqanlarında aparılan islahatlarla əsaslandığını bildirib.
Daha sonra 2024-cü ilin ilk 6 ayında görülmüş işlərlə bağlı hesabat, tabeli struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib.
Sonda bildirilib ki, muxtar republikada gömrük işi sahəsində daha yüksək nailiyyətlərin əldə olunması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.
Digər Xəbərlər
12 May 2026 20:25
“Euronews” Bakının WUF13-ə hazırlığından reportaj hazırladı - VİDEO
12 May 2026 20:00
Asan xidmət, yoxsa, çətin xidmət!
12 May 2026 19:14
Səhiyyə naziri Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
12 May 2026 16:01
Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi
12 May 2026 15:18
Hərbçilərimiz paraşüt təlimində - VİDEO
12 May 2026 15:04
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA
12 May 2026 14:54
Vətəndaşların müraciətlərinə baxılma müddəti azaldılsın - TƏKLİF
12 May 2026 13:50


Bakı -°C

