Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilməsi ilə bağlı məlumat yayıb.
Qurumdan Adalet.az-a bildirilib ki, QSC Naxçıvan MR-də dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və sözügedən tikinti işlərinə start verilib.
Qeyd edilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir.
“Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.
Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər
02 Mart 2026 12:48
Leyla Əliyeva "Woman Bazaar" festivalında - FOTOLAR
02 Mart 2026 12:46
"Uşağın əlindən telefonu almaq asandır, amma..." - Deputat
02 Mart 2026 10:43
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR
02 Mart 2026 09:15
Xocalıda avtomobillərdə köməksiz qalanlara yardım edildi - VİDEO
01 Mart 2026 11:11
Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
01 Mart 2026 09:19
Yazın ilk ayının ilk günündə hava necə olacaq?
28 Fevral 2026 00:07
Prezidentin gəlininin alpaka fermasından maraqlı - FOTOLARI
27 Fevral 2026 17:24


Bakı -°C

