Naxçıvanda xüsusi iqtisadi rejim tətbiq olunacaq
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən, diyarımızın azad iqtisadi zonaya çevrilməsi mühüm hədəflərdən biridir. Bu məqsədlə Naxçıvanda xüsusi iqtisadi rejimin tətbiq edilməsi nəzərdə tutulur. Sahibkarların iştirakı ilə bu sahədə görüləcək işlərin müzakirəsi aparılıb.
Adalet.az xəbər verir ki, bunu Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə konfederasiyanın sədri Vüqar Abbasov bildirib.
Onun sözlərinə görə, ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar muxtar respublika iqtisadiyyatının inkişafında da yeni mərhələnin başlanmasını zərurətə çevirib. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi iqtisadi rejimin tətbiq olunması istiqamətində hazırlıqlar bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qeyd olunub ki, Naxçıvan iqtisadi rayonunda dayanıqlı sahibkarlıq və investisiya mühiti yaradılmaqla xarici və yerli investisiyaların cəlb edilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, yaşıl iqtisadiyyatın inkişafı, şaxələndirilmiş ixrac potensialına nail olunması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər xüsusi iqtisadi rejimin tətbiq edilməsinə geniş imkanlar açacaq.
Vurğulanıb ki, xüsusi iqtisadi rejimin tətbiqi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə də zəmin yaradacaq.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
14 Sentyabr 2026 16:17
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir
14 Sentyabr 2026 13:54
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
14 Sentyabr 2026 13:44
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
14 Sentyabr 2026 13:18
Rəşad Həsənova yüksək vəzifə verildi
14 Sentyabr 2026 12:59


Bakı -°C

